Now Reading
Ömər Faiqin nəticəsi müraciət yaydı

Ömər Faiqin nəticəsi müraciət yaydı

Maarifçi, publisist, ictimai-siyasi xadim Ömər Faiq Nemanzadənin nəticəsi Ülvi Pepinova Azərbaycan muzeylərinə müraciət edib. Capar.az müraciəti olduğu kimi təqdim edir:

“Hörmətli ziyalılarımız, Mirzə Cəlil muzeyinin işçiləri, eyni zamanda Azərbaycanın digər tarixi muzeylərinin işçiləri çox yaxşı bilirlər ki, Ömər Faiq Nemanzadə sıravi molla-nəsrəddinçi olmayıb, o, eləcə də “Molla Nəsrəddin”in iki yaradıcısından biri, jurnalın aparıcı gücü, ideya müəllifi idi.

Sovet dövründə Ömər Faiqin adının çəkilməməsinin səbəbi məlumdur. 1958-ci ildə Ömər Faiqə bəraət verilsə də, 1937-ci ildə “vətən xaini” kimi güllələndiyi unudulmurdu. Lakin müasir dövrdə Ömər Faiqin adının hələ də yaddaşlardan silmə cəhdlərinin səbəbini dərk etmək mümkün deyil.

Ömər Faiqin nəticəsi olaraq, elm adamları və ictimaiyyət nümayəndələri tərəfindən onun publisistik irsinin, “Molla Nəsrəddin” jurnalın yaradılmasındakı rolunun layiqincə dəyərləndirilməməsinə laqeyd qala bilmirəm. Halbuki Tiflisdə Qeyrət mətbəəsinin yaranmasının təşəbbüskarı Ömər Faiq Nemanzade olmuşdu. Müsəlman Şərqinin ilk satirik-yumoristik jurnalı olan “Molla Nəsrəddin”in ərsəyə gəlməsində Ömər Faiqin dostu və müttəfiqi C.Məmmədquluzadə qədər əməyi olub. Ömər Faiq eyni zamanda kəskin qələmi ilə tanınan bir çox əsərlərin müəllifidir.

Əminəm ki, vətənpərvər ziyalılarımız bu durumdan ən az mənim qədər narahatdırlar və dəyişməsi üçün səylərini əsirgəməyəcəklər. Ömər Faiqin 150 illik yubileyinə az zaman qalıb, inanıram ki, Sizin də səyləriniz sayəsində onun həyat və yaradıcılığı həqiqi mənada bəraət qazanacaq və cəmiyyətimizdə layiq olduğu yeri tutacaq.

Hörmətlə,

See Also

Ömər Faiq Nemanzadənin nəticəsi

Ulvi Pepinova (UK, Kembric)”

What's Your Reaction?
Excited
0
Happy
1
In Love
0
Not Sure
0
Silly
0
View Comments (0)

Leave a Reply

Your email address will not be published.

© 2020 Çapar Dərgisi. Bütün Hüquqlar Qorunur

Scroll To Top