Now Reading
“Çapar” dərgisi Rais Rəsulzadəyə təqdim edildi

“Çapar” dərgisi Rais Rəsulzadəyə təqdim edildi

“Çapar” tarix dərgisinin Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmmədəmin Rəsulzadənin vəfatının 65-ci ildönümünə həsr edilmiş xüsusi buraxılışı nəşr olunub.

Dərgidə Azərbaycanın tanınmış alimlərinin – Ramiz Abutalıbov, Vilayət Quliyev, Ədalət Tahirzadə, Nəsiman Yaqublu, Aydın Balayev, Mehdi Gəncəli, Əfqan Vəliyevin yazıları dərc edilib. Jurnalda türkiyəli tədqiqatçı Ömər Özcan tərəfindən Rəsulzadənin geniş bir məktubu, Yusif Həmzəyev imzası ilə Rəsulzadənin II Dünya müharibəsi dövrünə aid sənədləri ilk dəfə olaraq təqdim olunub.

Xüsusi buraxılışda Rəsulzadənin həyat yoldaşı Leyla xanımla bir müddət qonşu olmuş türkiyəli iqtisadçı Bülent Danişoğlunun müsahibəsi də yer alıb.

See Also

Dərginin xüsusi buraxılışının və Rəsulzadənin 1930-cu ildə Fransada çap olunmuş “Azərbaycan müstəqillik uğrunda mübarizə yolunda” kitabının tərcüməsinin ilk nüsxəsi M.Rəsulzadənin nəvəsi Rais Rəsulzadəyə təqdim olunub.

What's Your Reaction?
Excited
0
Happy
0
In Love
0
Not Sure
0
Silly
0
View Comments (0)

Leave a Reply

Your email address will not be published.

© 2020 Çapar Dərgisi. Bütün Hüquqlar Qorunur

Scroll To Top